Əsas Səhifə > Siyasət > Binəli Yıldırım: “Türkiyə və Azərbaycan yeni layihələr üzərində düşünür”

Binəli Yıldırım: “Türkiyə və Azərbaycan yeni layihələr üzərində düşünür”


4-11-2021, 14:38
 “Türkiyə ilə Azərbaycan arasında bir çox layihələr həyata keçirilib. Biz artıq yeni layihələr üzərində düşünürük”.
Şəffaflıq.az-ın xəbərinə görə, bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
O bildirib ki, regionun 6 ölkəsi gələcəyə açılan yolu bir yerdə qət edə bilər: “Düşünürəm ki, Qarabağ məsələsi buna bir misaldır. Bu münaqişə nəticəsində iki ölkə arasında münasibətlər qurula bilməmişdi. Biz münaqişənin sülh yolu ilə həllini tapsaydıq, silahı əlimizə almazdıq”.

Geri qayıt