Əsas Səhifə > REGİON > Gürcüstanda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Gürcüstanda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb4-11-2021, 14:35 |
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə 44 günlük Vətən müharibəsində həlak olan Gürcüstanda yaşayan azərbaycan əsilli 22 şəhidin xatirə mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Azərbaycan səfiri Faiq Quliyev, Türkiyə səfiri Fatma Ceren Yazqan, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev, şəhidlərin ailə üzvləri, azərbaycanlı icmanın üzvləri, iş adamları və digər şəxslər iştirak ediblər. Anım mərasimində əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib. F.Quliyev çıxışında bildirib ki, tədbirin əsas məqsədi Zəfər günü ərəfəsində qəhrəman şəhidlərin yad edilməsi və xatirələrinə böyük ehtiramın nümayişidir: “Biz çox qürurluyuq ki, 30 ilə yaxın dövrdə düşmən tapdağı altında olan torpaqlarımız azad edilib və artıq Zəfər gününün ildönümü ərəfəsindəyik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”. Diplomat müharibə zamanı Gürcüstandakı soydaşlarımızın mənəvi vətənləri olan Azərbaycana göstərdikləri dəstək və həmrəyliyə görə minnətdarlığını ifadə edib. Səfir Gürcüstanda yaşayan azərbaycan əsilli şəhidlər haqqında sənədli filmin lentə alındığını və onların ömür yolundan bəhs edəcək kitabın hazırlanacağını diqqətə çatdırıb. Səfir F.C.Yazqan deyib ki, şəhidlər Azərbaycanın və bölgənin gələcəyi, əmin-amanlığı üçün canlarından keçiblər: “Şəhidlərin yaxınlarına səbr diləyirəm. Vətən uğrunda verilən canlar bundan sornakı övladlara can verəcək. Allah Azərbaycanı qorusun! Allah türkü qorusun!” Türkiyənin quruluşundan bu yana vətəni qorumaq üçün öldlarını şəhid verdiyini qeyd edən xanım diplomat çıxışının sonunda şəhid ruhunu anladan bir neçə şeir misrası oxuyub. M.Məmmədov da çxış edərək deyib ki, Azərbaycan Ordusunun, hərbçilərinin 44 gündə göstərdiyi şücaəti və igidliyi misilsizdir: “Bu qəhrəmanlıq uzun illər unudulmayacaq. Azərbaycan durduqca bu barədə fəxr və qürurla danışılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəlik dahiliyi və Ordumuzun igidliyi sayəsində torpaqlarımız azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa diləyirəm”. Geri qayıt |