Əsas Səhifə > SİYASƏT > Nazir: “Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”
Nazir: “Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”4-11-2021, 14:28 |
“Pandemiya dövründə daşınmaların sayı azalmayıb, əksinə artıb”. Şəffaflıq.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib. “Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlar açıb. Hesab edirəm ki, beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”, - nazir vurğulayıb. Geri qayıt |