Əsas Səhifə > Cəmiyyət > Vüsal Məmmədov: "Azərbaycanda mətbuata olan Dövlət qayğısı dünyanın bəlkə də ən inkişaf etmiş ölkələrində belə təsadüf edilməyəcək səviyyədədir"

Vüsal Məmmədov: "Azərbaycanda mətbuata olan Dövlət qayğısı dünyanın bəlkə də ən inkişaf etmiş ölkələrində belə təsadüf edilməyəcək səviyyədədir"


23-07-2019, 01:03
 Bugün özünün ən yüksək inkişaf mərtəbəsində olan Azərbaycan Mətbuatı bu günümüzə qədər dərin bir həyat yolu keçib və keçdiyi yol ağır bir dövrü əhatə edir. 144 il öncə‚ 1875-ci ilin iyulun 22-də Həsən bəy Zərdabi‚ Mirzə Fətəli Axundov‚ Seyid Əzim Şirvani və bir çox ziyalı şəxslərin məhz xalqımızı maarifləndirmək və milli ruhu dirçəltmək məqsədilə yaratdığı "Əkinçi" qəzeti öz işinə başladı. Bununla da xalqımızın maariflənməsi yönündə ilk əməli addımlar atıldı. Beləliklə məhz "Əkinçi" qəzetinin sayəsində milli mətbuatımız formalaşmağa başladı. Uzun bir proses yolu keçən milli mətbuatımız zamanla çar və sovet əsarəti zamanı böyük təzyiqlərə məruz qalsa da yenə fəaliyyətini qoruya və bu günümüzə qədər formalaşa bilmişdir. Yarandığı gündən ancaq vətənpərvərlik dəyərlərini rəhbər tutan və yalnız xalqımızın milli maraqlarının qorunmasını hədəfləyən milli mətbuatımız zamanla özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Bu gün artıq mətbuatımız dünya medyasına cavab verəcək şəkildə inkişaf etmiş və sözün həqiqi mənasında ölkəmizin‚  məkrli xarici qüvvələrə və erməni lobbisinə qarşı informasiya mübarizəsini yüksək səviyyədə həyata keçirir. İstənilən bir xarici təhdidlərə qarşı mətbuatımız sipər rolunu oynayır. Bütün xarici təhdidlərə qarşı milli mətbuatımız tərəfindən dərhal və lazımı adekvat cavab verilir. Azərbaycan medyasının gücünü‚ deyərdim bütün dünya görür. Həmrəylik‚ milli birlik‚ vətənpərvərlik hissləri mətbuatımızda ən yüksək səviyyədədir. Əlbəttəki Mətbuatımızın inkişaf etdirilməsində Dövlətimizin qayğı və diqqəti əsas rol oynayır ki‚ hələ xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyev milli mətbuatımızın inkişafı üçün əlindən gələni etmiş və Ulu Öndər daim mətbuata qayğı göstərmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin qayğısı və diqqəti sayəsində mətbuatımız özünün yüksək inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər mətbuata azadlıq verdi. Söz və mətbuat azadlığını ölkəmizdə inkişaf etdirən Ulu Öndər Heydər Əliyev bu günkü müasir mətbuatımızın təşəkkül tapmasının səbəbkarıdır. Bu günmüzdə isə məhz ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən yüksək qayğı ilə əhatə olunan mətbuatımız sürətli inkişaf mərhələsindədir. Məhz cənab Prezidentin qayğısı və dəstəyi sayəsində bu gün Azərbaycan mətbuatı dünya mətbuatı ilə yarışacaq şəkildə inkişaf edib. Dövlətimiz mətbuatımız üçün bütün lazımı şəraiti yaradıb. Cənab Prezident tərəfindən milli mətbuatımızın və azad medyanın inkişafına dəstək məqsədilə yaradılan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu hər il onlarla mətbu orqanı maliyyələşdirir. Çox sayda müstəqil mətbu orqan Dövlət büdcəsindən yararlanaraq Dövlət dəstəyini hər zaman öz işində və faəliyyətində görməkdədir. Beləliklə mətbuatımız bütünlüklə Dövlət qayğısı ilə əhatə olunub. Hər bir mətbuat nümayəndəsi Dövlətimizin dəstəyini öz həyatında daim görməkdədir. Mətbuata qayğı‚ diqqət və ehtiram Dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunub və bütün dövlət orqanları tərəfindən medya nümayəndələrinə və mətbuat işçilərinə daim hörmət və dəstək verilməkdədir və daim medya nümayəndələrinə Dövlətimizin qapısı açıqdır. Mətbuat nümayəndələrinə mərhələli şəkildə ev verilməsi və xüsusən jurnalistlər üçün xüsusi evlərin tikilməsi də cənab Prezidentin medyaya və mətbuata yüksək qayğısının nəticəsidir. Azərbaycanda mətbuata olan Dövlət qayğısı dünyanın bəlkə də ən inkişaf etmiş aparıcı ölkələrində belə təsadüf edilməyəcək səviyyədədir. Sonda‚ ölkəmizin milli maraqlarının və dövlətçiliyimizin qorunmasında‚ Dövlət maraqlarının təmin olunmasında xidməti olan və bu yolda hər zaman xidmət edəcək bütün mətbuat nümayəndələrini və bütün medya mənsublarını təbrik edirəm və hər birinə öz işində uğurlar arzu edirəm. Peşə bayramınız mübarək olsun dəyərli jurnalistlər.
Vüsal Məmmədov
Şəffaflıq.az

Geri qayıt