Əsas Səhifə > REGİON > Volodimir Zelenski: “Baydenlə Donbasdakı vəziyyəti müzakirə etdik”
Volodimir Zelenski: “Baydenlə Donbasdakı vəziyyəti müzakirə etdik”2-11-2021, 16:05 |
“ABŞ Prezidenti Cozef Baydenlə söhbət zamanı Donbasda təhlükəsizlik məsələsini müzakirə etdik. ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkəmizdə həyata keçirilən islahatları dəstəkləməkdə davam edir”. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün tviter hesabında yazıb. Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenlə Ukraynanın dövlət başçısı Vladimir Zelenski Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP26) Tərəflərin 26-cı Konfransı çərçivəsində görüşüblər. Geri qayıt |