Əsas Səhifə > İqtisadiyyat > "Mastercard": "Şamaxıda nəqliyyatda kartla ödəmələr ildə 2 mln ədədə çatacaq"
"Mastercard": "Şamaxıda nəqliyyatda kartla ödəmələr ildə 2 mln ədədə çatacaq"2-11-2021, 14:13 |
2021-ci ilin sonuna Azərbaycanda olan plastik kartlarının sayı 10,4 milyon ədədə çatacağı gözlənilir. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib. "Bu 2017-ci illə müqayisədə 79 % artım deməkdir. Belə ki, 2017-ci ildə bu rəqəm 5,8 milyon olub", - E.Çakar bildirib. Onun sözlərinə görə, Azərbaycan innovativ təşəbbüslərə daha asan uyğunlaşır: “Azərbaycanda bir çox innovativ layihələrimiz olacaq. Həmçinin bu vaxta qədər “Bravo” marketlə etdiyimiz kampaniyanı davam etdirəcəyik”. “MasterCard” rəsmisi Şamaxıda nəqliyyat sistemində kartla ödəmədə böyük uğur əldə edildiyini illik tranzaksiyaların 2 milyona çatdığını qeyd edib. Geri qayıt |