Əsas Səhifə > Hadisə > Ramiz Göyüşovu şantajda təqsirləndirilən sayt rəhbərinin məhkəməsinin vaxtı məlum olub
Ramiz Göyüşovu şantajda təqsirləndirilən sayt rəhbərinin məhkəməsinin vaxtı məlum olub1-11-2021, 16:13 |
“Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. Şəffaflıq.az-ın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində keçiriləcək proses noyabrın 12-nə təyin olunub. Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Geri qayıt |