Əsas Səhifə > SİYASƏT > Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək
Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək30-10-2021, 15:11 |
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin müzakirə edəcəyi bir çox məsələlər var”. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O deyib ki, həmin məsələlər sırasına Suriya, Əfqanıstan və Qafqazdakı durum, ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir: “Terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə olacaq”. İ.Kalının sözlərinə görə, R.T.Ərdoğan və C.Baydenin Romada və ya Şotlandiyanın paytaxtı Qlazkoda görüşəcəyi gözlənilir: “Görüşlə bağlı son dəqiqləşmələr aparılır”. Geri qayıt |