Əsas Səhifə > Dünya > Papa ilk dəfə Hindistan hökumətinin başçısı ilə görüşüb
Papa ilk dəfə Hindistan hökumətinin başçısı ilə görüşüb30-10-2021, 13:54 |
Roma Papası Fransisk Vatikandakı iqamətgahında ilk fədə Hindistanın Baş naziri Narendra Modini qəbul edib. Şəffaflıq.az TASSa istinadən xəbər verir ki, görüş bir saata yaxın davam edib. N.Modi Papaya gümüş şamdan və Hindistanın ətraf mühiti qorumaq səyləri haqqında kitab hədiyyə edib. Xatırladaq ki, II İohann Pavel 1986 və 1999-cu illərdə Hindistanda səfərdə olub. Görüşdə Fransisk də bu ölkəyə səfər etmək arzusunda olduğunu bildirib. Qeyd edək ki, Hindistan hökumətinin başçısı “G-20”liyin sammitində iştirak etmək üçün İtaliyada səfərdədir. Geri qayıt |