Əsas Səhifə > Hadisə > Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb
Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb30-10-2021, 13:12 |
![]() Şəffaflıq.az xəbər verirki. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb. Geri qayıt |