Əsas Səhifə > Hadisə > Cəlilabadda həyətlərində toy keçirən şəxslər cərimələnib
Cəlilabadda həyətlərində toy keçirən şəxslər cərimələnib30-10-2021, 10:55 |
![]() Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Muğan bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayonunun Cəfərxanlı və Məşədilər kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb. Karantin rejim qaydalarının pozduqlarına görə toy təşkilatçıları Y.Paşayev və M.İşiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar Şəffaflıq.az Geri qayıt |