Əsas Səhifə > Hadisə > Ağdaşda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Ağdaşda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub


30-10-2021, 09:59
 Bakı-Qazax magistral avtomobil yolunun Ağdaş rayon ərazisindən keçən hissəsində baş verən yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. 

Şəffaflıq.az-ın məlumatına görə, hadisəsi nəticəsində 1998-ci il təvəllüdlü Asiman Məmmədov və onun anası, 1976-cı il təvəllüdlü Almaz Məmmədova xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini qənaətbəxş və kafi qiymətləndirirlər.  

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

08:58

Yevlax-Ağdaş magistral yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə magistral yolun üzərində olan Şirvangöl istirahət mərkəzi yaxınlığında başverib.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq öncə yol kənarındakı beton maneəyə çırpılıb, sonra yolun kənarına aşıb. Qəza nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Geri qayıt