Əsas Səhifə > Hadisə > Ötən il 804 Ermənistan vətəndaşı Almaniyada oğurluq etdiyinə görə saxlanılıb

Ötən il 804 Ermənistan vətəndaşı Almaniyada oğurluq etdiyinə görə saxlanılıb


30-10-2021, 09:55
Almaniya ötən il 600-dən çox Ermənistan vətəndaşının yaşamaq icazəsini ləğv edərək ölkələrinə deportasiya edib.
Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniyanın Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 2020-ci il ərzində 804 Ermənistan vətəndaşı oğurluq faktına görə saxlanılaraq məsuliyyətə cəlb olunub: “Onların əkəriyyəti konkret şikayət əsasında saxlanılıb. Saxlanılan şəxslərin 70 %-i ticarət obyektlərindən qiymətli əşyaları oğurlamaqda ittiham olunublar”.
Nazirlikdən bildirilib ki, ötən il Almaniyada ticrət mərkəzlərindən oğurluq edən 205 223 şəxs saxlanılıb. Onların 119 834-ü Almaniyanın, 85 389-u isə xarici ölkələrin vətəndaşlarıdır.


Şəffaflıq.az
Geri qayıt