Əsas Səhifə > İqtisadiyyat > Auditorlar Palatasında gələn ilin iş planı müzakirə edilib
Auditorlar Palatasında gələn ilin iş planı müzakirə edilib29-10-2021, 14:38 |
![]() Şəffaflıq.az bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib: - Auditorlar Palatasının 2022-ci il üzrə iş planının layihəsi; - Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar keçirilmiş yubliley tədbirlərinin və beynəlxalq elmi-praktik konfransın nəticələri; - “Auditorun şəxsi kabineti” sisteminin fəaliyyətinin təşkil edilməsi və təkmilləşdirilməsi; - Keyfiyyətin idarə edilməsi layihələrindən irəli gələn Beynəlxalq Audit Standartlarına (BAS) və əlaqəli materiallara edilən müvafiq düzəlişlər barədə; - Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması barədə; - “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın nəticələrinə dair hazırlanmış Tövsiyələr. Geri qayıt |