Əsas Səhifə > İqtisadiyyat > KTN: "Rusiya Türkiyədən narıngi idxalına tam qadağa qoymayıb"
KTN: "Rusiya Türkiyədən narıngi idxalına tam qadağa qoymayıb"28-10-2021, 15:46 |
"Bir Türkiyə tədarükçüsünün narıngi idxalının dayandırılması Türkiyədən bu məhsulun idxalına tam qadağa qoyulması demək deyil". Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nümayəndəsi bildirib. Xatırladaq ki, daha əvvəl Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyə tədarükçülərindən birinin ölkəyə naringi gətirməsini dayandırıb. Buna səbəb sözügedən meyvələrin tərkibində xlorpirifos pestisidinin miqdarının icazə verilən maksimum həddi keçməsidir. Söhbətin "Fikret Degirmenci" şirkətindən getdiyi bildirilir. Nazirlik nümayəndəsi isə bunun adi praktika olduğunu deyib. Geri qayıt |