Əsas Səhifə > Siyasət > "Gündə 3-4 dəfə Türkiyədən başqalarına şikayət etməsə, dayana bilmir” - Çavuşoğlu Yunanıstan XİN rəhbəri haqda

"Gündə 3-4 dəfə Türkiyədən başqalarına şikayət etməsə, dayana bilmir” - Çavuşoğlu Yunanıstan XİN rəhbəri haqda


28-10-2021, 12:05
"Yunanıstanın xarici işlər naziri uşaq kimi ağlayıb, gündə 3-4 dəfə Türkiyədən başqalarına şikayət etməsə, dayana bilmir".
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.
O, yunanıstanlı həmkarı Nikos Dendiasla dost münasibətlərinə malik olduğunu diqqətə çatdırıb.
XİN rəhbəri vurğulayıb ki, Şərqi Aralıq dənizində Türkiyə əleyhinə yönəlmiş planı pozublar.

Geri qayıt