Əsas Səhifə > SİYASƏT / REGİON > Mixeil Saakaşvili tibbi yardımdan imtina edib

Mixeil Saakaşvili tibbi yardımdan imtina edib


27-10-2021, 17:44
 “Mixeil Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”.
Şəffaflıq.az xəbər verir ki, bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək.
Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib.
M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.

Geri qayıt