Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan Çin sahibkarlarını sənaye zonalarına pul qoymağa dəvət edib
Azərbaycan Çin sahibkarlarını sənaye zonalarına pul qoymağa dəvət edib27-10-2021, 16:39 |
Azərbaycan Çin şirkətlərini və investisiya fondlarını ölkədə yaradılan sənaye zonalarına sərmayə yatırmağa dəvət edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı hökumətin istəyini Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev qurumun videokonfrans formatında keçirilmiş 8-ci iclasında ifadə edib. O, bu məsələdə hərtərəfli dəstək göstərməyə hazır olduğunu ifadə edib, Ələt Azad İqtisadi Zonasının, həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının bu baxımdan cəlbediciliyini diqqətə çatdırıb. Geri qayıt |