Əsas Səhifə > İqtisadiyyat > ASK: "Azərbaycanda lizinq şirkətləri real sektordan kənarda qalır"

ASK: "Azərbaycanda lizinq şirkətləri real sektordan kənarda qalır"


27-10-2021, 16:32
 "Azərbaycanda lizinq alətlərini inkişaf etdirməliyik".
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bu gün Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda lizing şirkətləri real sektordan kənarda qalır: "Onlar real sektordan ona görə kənarda qalır ki, lizing şirkətləri ƏDV ödəyiciləri deyil, buna görə də onlar real sektorun böyük payını itirmiş olurlar".
Xatırladaq ki, bu gün Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bir çox tanınmış dövlət rəsmilərinin və özəl sektor təmsilçilərinin iştirakı ilə baş tutacaq sammitin başlıca məqsədlərindən biri gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti verməkdir.

Geri qayıt