Əsas Səhifə > Cəmiyyət > Ekspert: “Məktəblər birmənalı olaraq yoluxma mənbəyi deyil”
Ekspert: “Məktəblər birmənalı olaraq yoluxma mənbəyi deyil”27-10-2021, 16:29 |
“Məktəblər birmənalı olaraq yoluxma mənbəyi deyil”. Açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Koronavirusa yoluxmanın məktəbə qədər olan dövrdə baş verdiyini bildirən təhsil eksperti vurğulayıb ki, bugünkü yoluxanların sadəcə 2-3 faizi təhsil müəssisələrinin payına düşür: “İndiyə qədər ölkədə 4 432 ümumi təhsil müəssisəsindən çox az hissəsi koronavirusa görə distant təhsilə keçib. Başqa misal ilə desək, ölkədə 89 674 sinif var, onlardan 500-dən bir qədər çoxunda yoluxma qeydə alınıb. Hesab edirəm ki, bu, o qədər də böyük rəqəm deyil. Buna görə də məktəblərin bağlanması mübarizə üsulu deyil. Çünki təhsil öz ətrafında 2 milyon insanı birləşdirir. Bu insanlar isə gündəlik olaraq bir yerdə, yəni təhsil müəssisələrində yoxlanılır". Ekspert bildirib ki, bu gün təhsil müəssisələri bağlansa, həmin insanlar heç bir yerdə yoxlamaya cəlb edilməyəcəklər: "Ölkə ərazisində pandemiya qaydalarına yeganə əməl edən, karantin rejiminin qayda və tələblərini icra edən, mütəmadi olaraq dezinfeksiya edilən yer təhsil müəssisələridir. Hazırda ictimai iaşə obyekləri, restoran və kafelər, uşaq əyləncə mərkəzləri hamısı işləyir. Bunların heç birini deyil, amma məhz məktəblərin virusun yayılmasında əsas rol oynadığını deyirik. Amma yanılırıq. Hesab edirəm ki, "məktəblər yoluxmaya təsir edir" deyərək təhsil müəssisələrini bağlamaq doğru deyil”. Şəffaflıq.az Geri qayıt |