Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > DSMF-nin büdcəsi 161 milyon manat artırılır
DSMF-nin büdcəsi 161 milyon manat artırılır27-10-2021, 16:10 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi məlum olub. Şəffaflıq.az-ın xəbərinə görə, bu, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəsə əsasən, 2022-ci ildə DSMF-nin gəlirləri və xərcləri 5 306,77 milyon manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 160,74 milyon manat və yaxud 3,1% çoxdur. Xatırladaq ki, bu il Fondun gəlirləri və xərcləri 5 146,03 milyon manat proqnozlaşdırılır. Geri qayıt |