Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda İslam bankçılığının tətbiqinin sürətləndirilməsi təklif olunur

Azərbaycanda İslam bankçılığının tətbiqinin sürətləndirilməsi təklif olunur


27-10-2021, 16:06
 “Azərbaycanda İslam bankçılığı mümkün qədər tez tətbiq olunmalıdır”.
Şəffaflıq.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Vüqar Zeynalov Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində deyib.
“Layihələrin icrası üçün həm dövlətə, həm də sərmayədarlara maliyyə dəstəyi lazımdır. Bu dəstək nə qədər uzunmüddətli və aşağı faizli olsa, iş daha məhsuldar olar. Bu baxımdan İslam bankçılığı mühüm əhəmiyyətə malikdir. Onun mümkün qədər tez tətbiqi sahibkarların maliyyə mənbələrinə əlçatanlığını artırar”, - deyə o, qeyd edib.

Geri qayıt