Əsas Səhifə > Gündəm > Şamaxıda Peyğəmbərin yaxın silahdaşının məzarı aşkarlanıb.
Şamaxıda Peyğəmbərin yaxın silahdaşının məzarı aşkarlanıb.21-07-2019, 11:26 |
Məhəmməd peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari Şirvana gələrək islam dinini yayıb və vəfat etdikdən sonra burada, məscidin yanında dəfn edilib. Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkar edilib. Şəffaflıq.az Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadla xəbər verir ki, qalıqlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən aşkara çıxarılıb. Aparılan tədqiqatlarda müşahidəçi və bələdçi qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyev də iştirak edib.Aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən, abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib. Qeyd edək ki, arxeoloji ekspedisiya tərəfindən ərazidə tarixçiləri və epiqrafistləri maraqlandıra biləcək, üzərində bədii ərəb xətt növlərilə yazılmış Qurandan mətnlər və stilistik təsvirlər olan klassik və son orta əsrlərin müxtəlif mərhələlərinə aid müsəlman qəbir abidələri də qeyd edilib. Geri qayıt |