Əsas Səhifə > SİYASƏT / Dünya > ABŞ səfiri keçmiş məcburi köçkünlərlə görüşüb
ABŞ səfiri keçmiş məcburi köçkünlərlə görüşüb27-10-2021, 14:49 |
“Mən burada olduğum müddətdə məcburi köçkün icması ilə görüşdüm. Onlar ingilis dilini öyrənməklə məşğul olurdular. Hesab edirəm ki, onların ingilis dilini öyrənmələri doğma yurdlarına qayıdarkən yenidənqurma işlərində iştirak etmələrində çox böyük rol oynayacaq”. Şəffaflıq.az-ın Qərb bürosu xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz təhsil sahəsi ilə bağlı daha geniş istiqamətlərdə danışdıq. Mən istərdim ki, uşaqların, gənclərin ingilis dilini öyrənmələri üçün daha çox imkan yarada bilək. Çünki bu gün ingilis dilini öyrənmək iş üçün bacarıq deyil, həmçinin həyat üçün çox əhəmiyyətlidir”, - deyə diplomat vurğulayıb. Geri qayıt |