Əsas Səhifə > Hadisə > Azərbaycanda gələn il üçün məhkəmə və hüquq mühafizə sahələrinə ayrılan vəsaitin məbləği açıqlanıb
Azərbaycanda gələn il üçün məhkəmə və hüquq mühafizə sahələrinə ayrılan vəsaitin məbləği açıqlanıb27-10-2021, 11:28 |
Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin məbləği açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb. Belə ki, 2022-ci ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 362 101 755,0 manat vəsait ayrılıb. Bu məbləğin 367 296 211,0 manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 390 706,0 manatı məhkəmə hakimiyyətinə, 1 767 323 977,0 manatı hüquq mühafizəyə, 102 704 436,0 manatı prokurorluğa, 10 000 000,0 manatı məhkəmə qərarlarının icrasına, 4 386 425,0 manatı hüquqi yardıma ayrılıb. Geri qayıt |