Əsas Səhifə > Mədəniyyət > Günün qoroskopu: Güzəştə getməyi bacarın.
Günün qoroskopu: Güzəştə getməyi bacarın.27-10-2021, 00:31 |
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.Qoç - Gün uğurlu və əlverişli şəraitdə başlanmır. Səhər saatlarında kiçik anlaşılmazlıqlar, xoşagəlməz hadisələr ola bilər. Lakin bu problemlərin həllini tapacaq, ətrafınızdakı insanlara da yardım edəcəksiniz. Günün ikinci yarısına yaxın situasiyada müsbət təmayüllərin təsiri güclənəcək. Yeni işlərə və layihələrə başlaya bilərsiniz. Romantik münasibətlər üçün uğurlu gün deyil. Şirin vədlərə, yalan sözlərə aldanmaq riski böyükdür. Axşam saatlarında səhhətinizə xüsusilə fikir verin. Yuxusuzluq ehtimalı var. Buğa - Səhər saatlarından etibarən aktiv çalışın. İşlərinizi diqqətlə planlaşdırın, sonradan çətinliklər yarada biləcək sahələrə xüsusi fikir verin. Özünüzdən bədgüman olmayın. Gəlir əldə edəcəksiniz. Gözlənilməz hədiyyələr də istisna deyil. Günün ikinci yarısında maraqlı tanışlıqlar olacaq. Sizə maraqlı olan insanın rəğbətini qazana bilərsiniz. Romantik tanışlıqlar maraqlı keçəcək. Yaşlı qohumlarla fikir ayrılığı ola bilər. Gələcəyə hesablanmış ümumi planlarla bağlı ortaq məxrəcə gəlmək xüsusilə çətindir. Əkizlər - Hiss və niyyətlərinizdə konkret olun. Vədlərə aldanmayın, sizə xoş sözlər deyənlərin hamısına etibar etməyin. Hisslərinizdə qarışıqlıq yaranmasına imkan verməyin. Çaşıb qaldığınızı, bundan sonra nə edəcəyini bilmədiyinizi düşünsəniz, soyuqqanlı olun, ani bədgümanlığın əsiri olmayın. Belə situasiyada ciddi, yeni işə başlamayın. Az sonra işlərdə aydınlıq yaranacaq, məqsədlərinizi dəqiqləşdirə biləcəksiniz. Romantik münasibətləri heç bir əsası olmayan qısqanclıq sərinləşdirə bilər. Hisslərinizin təhlilinə ifrat dərəcə varmayın. Fikrinizi başqa, hətta mənasız olsa belə, işə yönəldin. Günün ikinci yarısı uğur vəd edir. Xərçəng - Səhər saatlarından etibarən aktiv olsanız, ciddi uğurlar və əhəmiyyətli nailiyyətlər əldə edə bilərsiniz. Ciddi məsələləri asanlıqla həll edəcəksiniz. Lakin bütün bunlar sizə özünüzü bəxtəvər hiss etməyə imkan verməyəcək. Sevgi, qayğı, diqqət gözləyirsiniz. Amma bu hisslərə çatmağın yollarını bilmirsiniz. Yaxın ətrafınızdakı insanlar davranışınızı, qərarlarınızı anlamır, qarışıq və məntiqsiz sayırlar. Niyyətləriniz mənasız təsir bağışladığından ailədə münaqişə yarana bilər. Alış-veriş üçün əlverişli gün deyil. Səfər və ya səyahət isə tam əksinə, xoş təəssüratlar vəd edir. Axşam saatlarındakı istirahət əhvalınızı yaxşılaşdıracaq, qayğılar və problemləri müvəqqəti də olsa, unutmağa yardım edəcək. Şir - Mühüm qərarları təkbaşına qəbul etməyin, yaxın perspektiv üçün hesablanmış planı reallaşdırmağa tələsməyin. Emosiyaların əsiri olsanız, ciddi səhvlərə yol verəcəksiniz. Məntiqli məsləhətlərə qulaq asın. Başqalarının təcrübəsini dəyərləndirin, etibar etdiyiniz adamların və müttəfiqlərin intuisiyasına güvənin. Günün ikinci yarısı güclü həyəcan vəd edir. Halbuki bu hisslərin heç bir ciddi əsası yoxdur. Müşkülün həlli asandır. Sadəcə, sinirlənməyin və yaranmış situasiyanı təmkinli, soyuqqanlı dəyərləndirin. Hər şeyin o qədər də pis olmadığını anlayacaqsınız. Qız - Ötənlərdə yaşananları düşünür, hadisələri yada salır, xatirələrə dalırsınız. Yaşamınızda mühüm rol oynamış və ya yer tutmuş insanı unuda bilmirsiniz. Bir zamanlar sevdiyiniz şəxslə görüş istisna deyil. Lakin hisslərə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədi dəqiqləşdirin, nə istədiyinizi dəqiq bilin. Məqsədə doğru əzmlə irəliləyin və əvvəllər yol verdiyiniz səhvləri təkrarlamayın. Ünsiyyət, görüşlər, informasiya və məlumat mübadiləsi üçün əlverişli gündür. Öz uğurlarınızla yanaşı, başqalarının da müvəffəqiyyətlərinə sevinin. Belə olarsa, yaxın ətrafınızdakı insanlar qələbə və nailiyyətləri barədə sizə həvəslə danışacaqlar. Tərəzi - Gün pis başlanmır. Amma baş verənlərə çox sevinmir, təlaş və əndişə içindəsiniz. Xoşagəlməz hadisələrin baş verəcəyini düşünürsünüz. Narahat olmayın, bədgümanlıq içində qalmayın. Təşviş və narahatlıq üçün heç bir səbəb yoxdur. Qorxduğunuz hadisə baş verməyəcək. Xoflar isə yaşamınıza təsir edərək əhvalınızı korlaya bilər. Zəifliklərinizin öhdəsindən gəlin, qətiyyətinizi göstərin, konstruktiv davranın. Bu gün yaxın ətrafınızdakı insanlar sizə bənzəməyə çalışacaqlar. Qətiyyətli olun. Məqsədə çatmaq üçün ilk əvvəl özünüzə inanmalısınız. Əqrəb - Mənfi təmayüllərin təsiri güclüdür. Buna görə də məqsədə çatmaq üçün sürətlə irəliləyəcəyinizi, qarşınızda sədlər və ya maneələr olmayacağını düşünməyin. Ruhdan düşməyin, nikbin olun. Baş verən hadisələrə rəğmən, niyyətinizə çatmağa çalışın. Maliyyə məsələlərinin həlli, anlaşma və sövdələşmə, sifariş qəbulu üçün uğurlu gündür. Yaşamızında ciddi dəyişiklik və ya müsbət yeniliklik edə bilərsiniz. Zərərli vərdişlərinizdən birindən əl çəkin. Axşam saatları xoş görüş və romantik əyləncə vəd edir. Oxatan - Ünsiyyət üçün əlverişli gündür. Ətrafınızdakı insanlarla asanlıqla dil tapırsınız. Dəvət edildiyiniz tədbirdə diqqət mərkəzində olacaqsınız. Təriflər və xoş sözlər eşidəcəksiniz. Yaranmış situasiyadan praktiki məqsədlər üçün istifadə edin. Soyuqqanlı davranış çox praktiki vasitəyə çevriləcək. Yeni romantik münasibətə başlamaq zamanı deyil. Çalışın, məqsədyönlü şəkildə işləyin. Havaların isti keçməsinə rəğmən, əliniz işdən soyumasın. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında sizi xoş sürpriz gözləyir. Oğlaq - Günün emosional fonu əlverişli deyil. İstənilən problem çox ciddi çətinlik təsiri bağışlayır. Ən balaca milçək qısa müddət ərzində böyük filə çevrilə bilər. Sakit və soyuqqanlı olun, təmkinli davranın. Ağır oturub, batman gəlin. Hisslər və həyəcanlar üçün darıxmış insan təsiri bağışlamayın. Münasibətlərdə stabillik və harmoniyaya can atın. Günün ikinci yarısında gərginlik səviyyəsi azalacaq. Anlayacaqsınız ki, məğzini tam dərk etmədiyiniz nəsnə uğrunda mübarizə aparmaqdansa cari işlərlə məşğul olaraq sakit yaşamaq daha əfzəldir. Əvvəllər yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırmaq imkanları yaranır. Dolça - Gün nə qədər çətin başlansa da, ruhdan düşməyin, bədgümanlığa qapılmayın. Doğrudur, çətinliklər və problemlərdən qurtulmaq asan deyil. Amma saatlar keçəcək və mütləq uğur qazanacaqsınız. Sizə bel bağlamadığınız, tanımadığınız insanlar yardım edəcəklər. Cəsarətli planlar, orijinal həllər, qeyri-standart layihələrin reallaşdırılması üçün uğurlu gündür. Çətinliklərə meydan oxuyun. Eksperimentlər uğurlu alınacaq. Yeni işlərə başlamaq, əvvəllər çəkindiyiniz layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Balıqlar - Ətrafınızdakı insanlarla, hətta ən yaxın bildiyiniz şəxslərlə dil tapmaq asan deyil. Fikir ayrılıqlarının intensivliyi artır. Ən kiçik mübahisə ciddi münaqişəyə, qarşılıqlı iddialara və iradlara dönür. Soyuqqanlı olun, münaqişəli situasiyalardan yayınmağa çalışın. Güzəştə getməyi bacarın. Kompromislər olmazsa, problemlər ciddiləşə bilər. Yaşam potensialının səviyyəsi aşağıdır. İzafi işlərə və əlavə sifarişlərə şirnikməyin, özünüzü həddən ziyadə yormayın. Səyləriniz gözlədiyiniz nəticəni verməyəcək. Axşam saatları gəzinti, səyahət, çimərlikdə istirahət üçün əlverişlidir.Milli.Az Geri qayıt |