Əsas Səhifə > Siyasət > Ərdoğan Zəngəzur dəhlizindən danışıb: "Daha irəli gedəcəksiniz"

Ərdoğan Zəngəzur dəhlizindən danışıb: "Daha irəli gedəcəksiniz"


26-10-2021, 21:27
 "Bu gün təməli qoyulacaq yol Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir".
Şəffaflıq.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu barədə məlumat verərkən deyib.
Daha sonra R.T.Ərdoğan soruşub: "Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz".
S.Məmmədov isə cavabında deyib: "Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun".

Geri qayıt