Əsas Səhifə > Hadisə > Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.25-10-2021, 23:56 |
Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Vilvan kəndində baş verib. İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub. Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |