Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > “Pinterest”in səhmləri “PayPal”in təkzibi ilə 10% ucuzlaşıb
“Pinterest”in səhmləri “PayPal”in təkzibi ilə 10% ucuzlaşıb25-10-2021, 16:10 |
Dünyanın məşhur foto hostinqi - “Pinterest”in səhmləri Nyu-York Fond Birjasındakı ticarət gedişatında 10,05 % ucuzlaşıb. Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, səhmlərin kəskin dəyərdən düşməsinə səbəb “PayPal” ödəniş sisteminin “Pinterest”i almaq barədə yayılan xəbərləri təkzib etməsi olub. Xatırladaq ki, ötən həftənin ortalarında “PayPal”in 45 milyard ABŞ dollarına “Pinterest”i almağa hazırlaşdığı barədə xəbər yayıldı. Bunun fonunda foto hostinqin səhmləri 19 %-ə kimi bahalaşmışdı. “Pinterest” – istifadəçilərə şəkilləri əlavə etməklə, onları tematik kolleksiyalara yığmaq və paylaşmaq imkanı verən sosial şəbəkədir. Şirkət platformanın istifadəçilərinə reklam göstərməkdən qazanc əldə edir. Pandemiya ilkin mərhələrində bu cür yolla qazanc əldə etmək çox uduşlu olub. Çünki o vaxt reklam verənlər auditoriyanın diqqətini cəlb etmək üçün sosial şəbələrə üz tutublar. Geri qayıt |