Əsas Səhifə > Hadisə > Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən döyülmə baş verib.
Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən döyülmə baş verib.25-10-2021, 08:31 |
Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən döyülmə baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2007-ci il təvəllüdlü Ş.Əsgərov oğlu tanıdığı şəxs və yaxud şəxslər tərəfindən döyülüb. Ş.Əsgərov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və ənsə sümüyünün sınığı diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Geri qayıt |