Əsas Səhifə > REGİON / Cəmiyyət > Şamaxı rayonu Ovculu kəndindən olan Şəhid Haqverdi Kərimovun anım mərasimi və xatirəsinə inşaa edilmiş bulaq kompleksinin açılışı olub.-FOTO
Şamaxı rayonu Ovculu kəndindən olan Şəhid Haqverdi Kərimovun anım mərasimi və xatirəsinə inşaa edilmiş bulaq kompleksinin açılışı olub.-FOTO24-10-2021, 15:56 |
Şamaxı rayonunun Ovçulu kəndində 44 günlük Vətən müharibəsində şəhid olan Haqverdi Kərimovun il mərasimi və xatirəsinə inşaa edilmiş bulaq kompleksinin açılışı olub. Haqverdi Kərimov 2000-ci ildə Şamaxının Ovçulu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib ali məktəbə sənəd versə də qəbul ola bilməyib. Qəlbindəki hərbi xidmət sevgisi onu təhsil almaqdan uzaqlaşdırır və Haqverdi ali təhsildən imtina edərək 2018-ci ildə hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra yenidən öz istəyi ilə hərbi xidmətə qayıdır və müddətdən artıq hərbi qulluçu kimi fəaliyyətini davam etdirir. Vətən müharibəsi başlayandan döyüşlərə qatılan Haqverdi Füzuli rayonuna ilk girənlərdən biri olub. Oktyabrın 21-i səhər saatlarında döyüşdə olarkən başından snayperlə vurularaq ağır yaralanaraq şəhid olub. 24 oktyabr 2021-ci il tarixdə dostları ilə yanaşı, bütün kənd camaatı onun qəbrini ziyarət edib məzarına gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar. Şəffaflıq.az xəbər verir ki, mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Millət vəkili Tamam xanım Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri,(QMİ) Şirvan Bölgəsi Üzrə Qazisi Mərəhməd Mustafayev, şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, Müəllim və şagirdlər, şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar. Sonra şəhidin adına inşaa edilmiş xatirə bulağının açılışında iştirak etmişlər. Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır. Haxverdi Kərimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Giziri olan Haxverdi Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğurunda gedən döyüşlərdə iştirak edib. Haxverdi Kərimov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Ovculu kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentivİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Haxverdi Kərimov ölümündən sonra "Vətən ugurunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocəvənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentivİlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Haxverdi Kərimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin. Vahid İsmayılov. Şəffaflıq.az Geri qayıt |