Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıda ilk dəfə dəyirmi masa ətrafında problemlər müzakirə olunub.-FOTO
İsmayıllıda ilk dəfə dəyirmi masa ətrafında problemlər müzakirə olunub.-FOTO22-10-2021, 17:52 |
İsmayıllıda İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, bələdiyyələr və aidiyyəti xidmət təşkilatlarının rəhbərləri ilə ilk dəfə dəyirmi masa ətrafında görüş keçirilib. Şəffaflıq.az xəbər verir ki,görüş Rayon İcra Hakimiyyəti başçısının təklifi və təşkilatçılığı ilə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin,Regional Meşə Təsərrüfat Mərkəzinin rəislərinin, eləcə də İƏD üzrə nümayəndə və bələdiyyələrin iştirakı ilə baş tutub. 22 oktyabr tarixində Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə gündəlikdə duran məsələlər müzakirə olunub. Bildirilib ki, ərazilərdə qaz xətti olmayan sakinlər qışa hazırlıq üçün odun tədarükü ilə təmin olunmalı, qanunsuz ağac kəsiminin qarşısı alınmalıdır. Əlavə olaraq ərazilərdən qanunsuz qum-çınqıl daşınmasına nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, görüşün əsas məqsədi sakinlərin problemlərini aidiyyəti üzrə təşkilat rəhbərləri ilə yerində müzakirə etməkdən və həlli istiqamətində operativ işlər aparmaqdan ibarət olub. Bu məqsədlə İƏD üzrə nümayəndə və bələdiyyələrlə aidiyyəti təşkilatların qarşılıqlı qaydada işləmələri ilə bağlı qərar qəbul olunub. Onu da qeyd edirik ki, bu kimi görüşlər digər xidmət təşkilatları ilə də mütəmadi qaydada təşkil olunacaq. Şəffaflıq.az Geri qayıt |