Əsas Səhifə > Gündəm / Maraqlı > Ölkədə yeni standartlar TƏSDİQ EDİLDİ

Ölkədə yeni standartlar TƏSDİQ EDİLDİ


21-10-2021, 16:17

 

Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, ölkədə istehsal olunan bitum və bitumlu büzücülərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS EN 12592:2021 “Bitum və bitumlu büzücülər. Həllolmanın təyini üsulu” və AZS EN 12593:2021 “Bitum və bitumlu büzücülər. Fraasa görə kövrəklik temperaturunun təyini üsulu” dövlət standartları təsdiq edilib.

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən hazırlanan standartlar “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartlar vasitəsilə elmi-tədqiqat institutları, neft emalı zavodları, asfalt-beton müəssisələri və tikinti işləri ilə məşğul olan təşkilatlar bitum və bitumlu büzücülərin keyfiyyət meyarlarını daha rahat şəkildə müəyyən edə biləcəklər.


Şəffaflıq.az
Geri qayıt