Əsas Səhifə > Dünya > İsrail, Rusiya və Amerika Milli Təhlükəsizlik Şurası İranla bağlı görüş keçirəcək

İsrail, Rusiya və Amerika Milli Təhlükəsizlik Şurası İranla bağlı görüş keçirəcək


17-10-2021, 10:50

 

Şəffaflıq.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, İsrailin Rusiyadakı səfiri Aleksandr bin Zevi rəsmi Təl-Əviv, Moskva və Vaşinqtonun İran və Suriya ilə əlaqədar birgə görüşü ilə bağlı anlaşma əldə edildiyini qeyd edib.

O, oktyabrın 16-da Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində deyib: “Görüşün günü və saatı hələlik dəqiqləşdirilməyib. Biz toplantıya ev sahibliyi etməyə hazırıq, ancaq bununla bağlı hansısa razılaşma əldə olunmayıb”.

Səfir habelə görüşdə İran, Suriya və Yaxın Şərq bölgəsi ilə əlaqədar bir sıra məsələlərə dair fikir mübadiləsi aparılacağını deyib.

Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Naftali Bennet ilə oktyabrın 22-də Soçidə baş tutacaq görüşündən sonra üçtərəfli görüşün də keçiriləcəyi ehtimal olunur.

Geri qayıt