Əsas Səhifə > Dünya > Birləşmiş Ştatlar yeni betondeşici aviabombanı sınaqdan keçirib

Birləşmiş Ştatlar yeni betondeşici aviabombanı sınaqdan keçirib


15-10-2021, 10:26
ABŞ yeni güclü betondeşici aviabombanı sınaqdan keçirib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Floridadakı Elgin hava bazasından havaya qalxan "F-15E Strike Eagle" qırıcı-bombardmançısı ən yeni "GBU-72 Advanced 5K Penetrator" betondeşici bombadan istifadə edərək yaxın məsafədə yüksək səviyyədə qorunan hədəfi vurub.
Qeyd edilir ki, 2,3 ton ağırlığında hazırlanmış bomba dərin beton obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub.
Bomba 30 metr dərinliyə girmək və 6 metrə qədər beton vurmaq qabiliyyətinə malikdir.
ABŞ Hərbi Hava Qüvvələri bombanı 2022-ci ildə almağı planlaşdırır. Onun ilk partiyasının dəyəri 36 milyon ABŞ dolları olacaq.
Bu bombalarla "F-15E"dən başqa, "F-16" və beşinci nəsil F-35 qırıcılarının da təchiz edilməsi planlaşdırılır.
Qeyd edək ki, bu, adi və nüvə başlığı olmayan ən güclü aviabomba deyil. ABŞ Hərbi Hava Qüvvələrində təxminən 10 ton ağırlığında "Massive Ordnance Air Blast" sursatı və 13,6 ton ağırlığında "Massive Ordnance Penetrator" bombaları var ki, onları yalnız ağır strateji bombardmançı təyyarələr daşıyır.

Geri qayıt