Əsas Səhifə > Hadisə > Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib


15-10-2021, 10:21
 Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt