Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda yağlarla bağlı sənəd layihəsi hazırlanıb
Azərbaycanda yağlarla bağlı sənəd layihəsi hazırlanıb14-10-2021, 12:54 |
![]() Şəffaflıq.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində Agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin sənəddə yağ məhsullarında trans-yağ turşularının miqdarının məhsulun ümumi yağ tərkibinin 2%-dən az olmasını tənzimləyən müddəalar öz əksini tapıb: "Hazırlanmış sanitariya norma və qaydalarının bu yaxınlarda qəbul edilməsi nəzərdə tutulur. Bu da həm yerli yağ istehsalçılarından, həm də idxalçılardan yağların tərkibində trans-yağ turşularının 2%-ə endirilməsini tələb edəcək". Geri qayıt |