Əsas Səhifə > Siyasət > Milli Məclisin iclası başlayıb
Milli Məclisin iclası başlayıb12-10-2021, 12:52 |
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Şəffaflıq.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib. Toplantıda “Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək. Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq. Geri qayıt |