Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Paytaxtda yeni mənzillər ucuzlaşır - QİYMƏTLƏR

Paytaxtda yeni mənzillər ucuzlaşır - QİYMƏTLƏR


11-10-2021, 18:34

 

Bakı şəhərində ilkin mənzil bazarında qiymətlərdə azalma müşahidə edilib.

Şəffaflıq.az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata əsasən, sentyabr ayında paytaxtda yeni mənzillərin kvadratmetrinə görə orta qiymət 1 377 manat olub.

Bu qiymət əvvəlki ay ilə (avqust) müqayisədə 3,6 faiz az, 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 4,6 faiz artıb.

Yeni mənzillərin orta qiyməti 173 223 manat olub. Bu, aylıq müqayisədə 9,6 faiz, illik müqayisədə isə 4,2 faiz azdır.

Bakıda yüksək dəyərli mənzillərin bir kvadratmetrinə görə qiyməti 2 368 manatı təşkil edib. Qiymətlər aylıq və illik müqayisədə 8,3 faiz azalıb.

Orta dəyərli mənzillərin kvadratmetrinə görə qiyməti isə 1 512 manat olub. Bu, aylıq müqayisədə 2,4 faiz, illik müqayisədə isə 2,8 faiz çoxdur.

Aşağı dəyərli mənzillərin kvadratmetrinə görə qiyməti isə 936 manatı təşkil edib. Qiymətlər aylıq müqayisədə 6,2 faiz, illik müqayisədə isə 0,1 faiz azdır.

Sentyabr ayında təkliflərin sayında aylıq müqayisədə 44,6, illik müqayisədə 67,8 faiz azalma müşahidə olunub.

Geri qayıt