Əsas Səhifə > SAĞLAMLIQ > “Baku-Oxford School”un şagirdlərində koronavirus aşkarlanıb, lakin siniflər bağlanmır...

“Baku-Oxford School”un şagirdlərində koronavirus aşkarlanıb, lakin siniflər bağlanmır...


11-10-2021, 18:32

 

Paytaxtdakı özəl məktəblərdən birində - “Baku-Oxford School”da şagirdlər arasında koronavirus yayılıb.

Şəffaflıq.az-ın məlumatına görə, COVID-19 infeksiyasının aşkarlanmasına baxmayaraq, məktəb tərəfindən siniflərin bağlanması qərarı verilməyib.

Təkcə oktyabrın 11-də iki şagirdin koronavirus testi pozitiv çıxıb. Həmin şagirdlər evə göndərilsə də, onlarla ünsiyyətdə olmuş digər şagirdlər, habelə müəllimlər karantinə alınmayıb.

Məsələ barədə “Baku-Oxford School” ilə əlaqə saxlasaq da, məktəbdən zənglərə cavab verən olmayıb.

Geri qayıt