Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Şübhə üçün heç bir səbəb verməyin.
Günün qoroskopu: Şübhə üçün heç bir səbəb verməyin.8-10-2021, 00:18 |
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirQoç - gün çox xoş və rəvandır. Başladığınız işləri asanlıqla başa vura bilərsiniz. Sizi xoş sürprizlər, qəfil uğurlar gözləyir. Son vaxtlar sürəkli narahatlıq və əndişə obyektinə çevrilmiş problemi həll edə bilərsiniz. İşgüzar fəaliyyət baxımından yaxşı zamandır. Uzunmüddətli planlar qurmaq olar. Günün ikinci yarısında məişət qayğıları və ailə işlərinin öhdəsindən gələ bilərsiniz. Yeniliklərə can atın. Dəvət aldığınız yerə axşam saatlarında qatılın. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Axşam saatlarında passiv olmayın. Buğa - günün ilk yarısında qəfil uğur, gözlənilməz nailiyyət ola bilər. Qarşınızda maraqlı imkanlar yaranır. Şəraitin əlverişli axarından yararlanmağa çalışın. Cəsur və qətiyyətli olun. Öz qüvvənizdən bədgüman olmayın, zəif düşməyin. Görüş, danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Günün ikinci yarısında yaxınlarınız sizə yaxşı məsləhətlər verəcəklər. Onlar sizin ideyalarınızı dəstəkləyəcəklər, maddi kömək edəcəklər. Dəyərli hədiyyələr ala bilərsiniz. Axşam saatlarını ailə üzvləri ilə ünsiyyətə həsr edin. Əkizlər - əvvəlcə danışıb sonra düşünməyin. Yaxın ətrafınızdakı insanların sizdən nə istədiklərini anlamağa, onların gözləntilərini araşdırmağa çalışın. Bəzi adamlar onlara səmimi rəğbət bəslədiyinizi anlayacaqlar. Qarşılıqlı hisslər nümayiş etdirəcəklər. Günün ikinci yarısında istirahətə və əyləncəyə tələsməyin. Əks təqdirdə sizə "yoldaşlıq" etmək istəyənlər tapılacaq. Faydalı işlərlə məşğul olun. Durumunuzu yaxşılaşdırmaq şanslarınız var. Axşam saatlarında həssas olun. Xərçəng - rəvan zamandır. Heç bir zərurət olmadan fəaliyyət istiqamətlərində köklü dəyişikliklərə başlamayın. Bəzi işlər maraqlı təsir bağışlaya bilər. Ancaq onlar sərf ediləcək səylərə dəyməz. Köhnə dostlardan, etibarlı müttəfiqlərdən biri vədinə əməl etməyəcək Bel bağladığınız insan öhdəliklərini unudacaq. Günün ikinci yarısında bəzi hadisələrə müdaxilə edin. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq. Yorğuqluq riski çox azdır. Qəfil gəlir, hədiyyə və ya sürpriz ola bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Şir - maraqlı və eyni zamanda önəmli işlə məşğul olsanız, gün yaxşı keçəcək. Qətiyyətli və iradəli olun. Ən kiçik maneədən sonra xoflanaraq geri çəkilməyin. Rəqiblərlə qarşıdurma, toqquşma olacaq. Narahatlığa səbəb yoxdur: bədxahları üstələyə bilərsiniz. Günün ikinci yarısında evdə və işdə yeniliklər üçün münasibdir. Prosesləri qaydaya salın. Əhəmiyyətli dəyişiklikliyə başlamaq olar. İntuisiyanız güclü olsun. Yaxınlarınızı narahat edən bəzi suallara cavab tapın. Məsləhətləriniz pis deyil, amma onlara kimsə qulaq asmır. Axşam saatları aktiv istirahət üçün əlverişlidir. Qız - günün ilk yarısı sakit və rəvandır. Sizi təbdən çıxara biləcək hadisə yaşanmayacaq. Gələn məlumatlar ilk əvvəl sizi narahat edə bilər. Amma az sonra bilinəcək ki, nigarançılıq üçün heç bir səbəb yoxdur. Maliyyə fonu uğurlu deyil. işlərinizi nizama salın. Gəlir və məsrəflərin təhlili mənasız xərclərdən qurtulmağa imkan verəcək. Günün ikinci yarısı dəvət aldığınız tədbirə qatılın. Diqqəti cəlb etmək və yeni tanışlığa nail olmaq istəyirsinizsə, məqsədə çatacaqsınız. Sevdiyiniz insanla təmaslarda həssas olun. Aqressiv davranış və ya səbəbsiz qısqanclıq hətta ən harmonik münasibətləri korlaya bilər. Tərəzi - uğurlu zamandır. Çətin işlərdə sınanmış və etibarlı insanın dəstəyinə, köhnə dostlardan birinin yardımlarına bel bağlaya bilərsiniz. Situasiyada ağırlaşma meylləri olacaq. Bunlar sizi qorxutmasın. Məqsədə doğru aparan yolda qarşınıza çıxan çətinlikləri qətiyyətlə dəf edin. Nüfuzlu insanlarla təmaslar pis keçməyəcək. Həmin adamlarda özünüzlə bağlı xoş hisslərin yaranmasına can atın. Mebel və ya digər interyer əşyaları almaq olar. Təmir, köç ilə bağlı məsələləri müzakirə edin. Sevdiyiniz insanı qayğılandıran məqamlardan hali olun. Əqrəb - həftənin ən qeyri-adi günüdür. Uzun zaman unutmayacağınız hadisələr baş verəcək. İş heç də ekstraordinar olayın yaşanması ehtimalında deyil. Yaşanan olaylara həddən artıq emosional reaksiya verməyin. Ən xırda məsələni həddən artıq önəmli və mühüm saymayın. Günün ikinci yarısında maraqlı tanışlıqlar istisna deyil. Belə tanışlıqlardan biri sizdə orijinal ideyanın yaranmasına səbəb ola bilər. Baş verən proseslərə laqeyd yanaşmayın, planları unutmayın. Bununla belə, bəzi məsələləri ertələmək olar. Oxatan - məqsədə sürətlə çatacağınızı düşünürsünüzsə, yanılırsınız. Səbrli olun, təmkinli davranın. İndi gərək olunan yeganə məqam təslim olmamaq, ardıcıl addımlar atmaq, dostlar və yaxınlarınıza verdiyiniz vədlərə əməl etməkdir. Öz maraqlarınızla başqalarının mənafeləri arasında seçin. Yaxın ətrafınızdakı insanların xoşuna gəlmək üçün planlarınızı alt-üst etməyin. Günün ikinci yarısında köhnə dostlarla təmaslarda çətinliklər olar. Pul məsələləri ilə bağlı mübahisələr istisna deyil. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Yorğunluq səhhətinizdə problemlər yarada bilər. Axşam saatlarında aktivliyi azaldın, özünüzü qoruyun. Axşam saatlarını özünüzə həsr edin. Oğlaq - ciddi anlaşma, sövdələşmələr üçün əlverişli zamandır. Yeni kommersiya layihəsinin reallaşdırılmasına başlamaq olar. İşgüzar duyumunuz pis deyil. Hansı ideyaların perspektivli, hansıların isə mənasız olduğunu aydınlaşdırmağa çalışın. İşgüzar tərəfdaşlarla danışıqlarda həssas olun. Maraqlı məsələlərin müzakirələrində diqqətli davranın. Qətiyyətli olsanız, qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Günün ikinci yarısı faydalı tanışlıqlar ola bilər. Romantik əhval-ruhiyyə zamanıdır. Təmaslarınızda tələsik addımlar atmayın. Düşünülməmiş qərarların fəsadları ağır ola bilər. Axşam saatlarında gəzintiyə çıxın. Dolça - günün ilk yarısında situasiya qarışıq və laübəlidir. Ruhdan düşməyin, nigaran qalmayın. Sular bulanıq olsa da, iri balıq tutmaq şanslarınız var. Hiyləgərlik və fəndgirlik etmək olar. İzafi zərurət olmadan mürəkkəb planlar qurmayın, riskli oyunlara başlamayın. Şəxsi münasibətlərdə yaranmış problemləri həll etmək üçün əlverişli zamandır. Çətin məsələlərin çözümünü tapa bilərsiniz. Günün ikinci yarısında əhvalınız yaxşı olacaq. Fiziki iş sizi ifrat dərəcə yormayacaq. Planlaşdırılmamış səfərlər pis alınmayacaq. Axşam saatlarında normal istirahət edin. Balıqlar - günün ilk yarısında uğura nail olmaq şansınız çox yüksəkdir. Problemləri təkbaşına həll etmək məcburiyyətində qalmayacaqsınız. Sizə yardım edəcək, işin ən çətin hissəsini görməyə razılaşacaq insanlarla tanış ola bilərsiniz. Uzunmüddətli əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı müqavilə imzalaya bilərsiniz. Potensial sifarişçi ilə qarşılaşacaqsınız. Günün ikinci yarısında çoxdan başa vurduğunuz işlə bağlı ödəniş alacaqsınız. Gəlirlər az olmayacaq. Dəvət aldığınız toplantıya qatılın. Sevdiyiniz insanla münasibətləri qısqanclıqla korlamayın. Şübhə üçün heç bir səbəb verməyin.Milli.Az Geri qayıt |