Əsas Səhifə > Gündəm > İlham Əliyev bu məhkəmə sədrilərini işdən çıxardı.
İlham Əliyev bu məhkəmə sədrilərini işdən çıxardı.19-07-2019, 18:59 |
Prezident İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında sərəncam imzalyıb. Sərəncamda qeyd edilir: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin. 2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin iş yerləri dəyişdirilsin: 2.1. Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilsin; 2.2. Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Geri qayıt |