Əsas Səhifə > İqtisadiyyat > Mikayıl Cabbarov: “Pandemiyaya görə yardım 5 milyon vətəndaşı əhatə edib”
Mikayıl Cabbarov: “Pandemiyaya görə yardım 5 milyon vətəndaşı əhatə edib”6-10-2021, 13:38 |
![]() Reportunun məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə bildirib. “Ötən il pandemiya ilə bağlı Azərbaycanda ümumi daxili məhsil 4,3% azalıb. Dövlətin gəlirləri azalsa da, hökümət makro iqtisadi sabitliyin təmin edilməsi üçün əhaliyə və biznesə 2,7 milyard ABŞ dolları məbləğində yardım göstərib. Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib”, - deyə o, qeyd edib. Nazirin sözlərinə görə, 2021-2022-ci illər Azərbaycan iqtisadiyyatının bərpa dövrü olacaq və münbit dinamika bu ilin sonuna qeyri-neft ixracının dəyərini 2,2 milyard dollara çatdırmağa imkan verəcək. Şəffaflıq.az Geri qayıt |