Əsas Səhifə > İqtisadiyyat > Bakıda daha bir küçə əsaslı təmir edilib

Bakıda daha bir küçə əsaslı təmir edilib


5-10-2021, 14:32
Bu ilin İnvestisiya Proqramına uyğun olaraq Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində agentlik tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilir ki, hərəkət zolaqlı olmaqla, eni ortalama 25 metr təşkil edən Ceyhun Səlimov küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub və genişləndirilib, ehtiyac olan hissələrdə isə yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. Bununla da küçənin sözügedən hissəsində səkilərin sahəsi 2 200 kv.m-dən 3 870 kv.m-dək artırılıb, küçəyə 3 min p/metrə qədər yeni səki daşları düzülüb.

Geri qayıt