Əsas Səhifə > SİYASƏT > Prezident: “Əmək” ordenini təzə təsis etmişdim, dedim ki, mən onu o kişiyə verəcəyəm"

Prezident: “Əmək” ordenini təzə təsis etmişdim, dedim ki, mən onu o kişiyə verəcəyəm"


5-10-2021, 12:24
 "Oqtay Həziyev o insanlardandır ki, heç nəyə baxmadan, heç kimdən qorxmadan təkbaşına öz ailəsi ilə Cocuq Mərcanlıda 20 ildən çox yaşayıb. Mən sonra xəbər tutdum".

Şəffaflıq.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

"Biz Cocuq Mərcanlının ətrafını təmizləyəndən sonra mən Əli müəllimdən soruşanda, dedi ki, belə bir ailə var, orada yaşayır, heç yerə getməyib. Hətta orada böyük təsərrüfatla məşğuldur və ordumuza da kömək göstərir, ərzaq göndərir. Öz əlinin zəhməti ilə əldə etdiyi imkanları ordu ilə bölüşür. Dedim, gör nə qədər böyük bir şəxsiyyətdir. Cocuq Mərcanlıya gələndə o vaxt mən “Əmək” ordenini təzə təsis etmişdim və onu heç kimə vermirdim. Halbuki namizədlər var idi, dedim ki, yox, mən onu o kişiyə verəcəyəm. Mən birinci ordeni o kişiyə verdim və evində də təqdim etdim, qucaqladım, öpdüm. Doğrudan da Azərbaycan Oqtay kimi insanların üstündə dayanır. Sağ ol, Oqtay, sağ ol", - Prezident vurğulayıb.


Geri qayıt