Əsas Səhifə > Elm Təhsil > AMEA-nın bir sıra institutlarına təyinatlar olub

AMEA-nın bir sıra institutlarına təyinatlar olub


1-10-2021, 23:15
 Akademik Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə təsdiq olunub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Həmçinin Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilib.

Geri qayıt