Əsas Səhifə > REGİON / Cəmiyyət > Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub1-10-2021, 19:51 |
![]() Şəffaflıq.az xəbər verir ki, Yaponiyalı diplomat əvvəlcə rayon rəhbərliyi ilə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov səfirə İsmayıllının tarixi, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı barədə ətraflı məlumat verib. O, qeyd edib ki, İsmayıllıda turizm sahəsinin inkişafı üçün bütün imkanlar mövcuddur. Rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verilib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Daha sonra sakura ağacları əkiləcək ərazilərə baxış keçirilib. Xatırladaq ki, Sakura ağacı Yapon ruhunun nəcib xarakteri kimi göstərilir. Sakuralar Yaponiyanın təbii zənginliyi olaraq da təsnif edilir. Bu səbəblə ağacın istər toxumunu, istərsə də özünü ölkədən kənara çıxarılması ilə bağlı məhdudiyyətlər vardır, sadəcə olaraq 9 ölkəyə göndərilmişdir. Ümumbəşəri dostluğu gücləndirmək, başqa ölkələrlə əlaqələri daha da dərinləşdirmək məqsədi ilə sadəcə hədiyyə edilir. Sevindirici haldır ki, sakura ağacı hədiyyə edilmiş ölkələrin siyahısına Azərbaycan da o cümlədən, rayon olaraq İsmayıllı rayonu da daxil edilib. Vahid İsmayılov Şəffaflıq.az Geri qayıt |