Əsas Səhifə > İqtisadiyyat / REGİON > Şamaxı, İsmayıllıvə Salyanda üzümçülüyün inkişafı ilə bağlı reallaşdırılan layihənin bağlanış mərasimi keçirilib
Şamaxı, İsmayıllıvə Salyanda üzümçülüyün inkişafı ilə bağlı reallaşdırılan layihənin bağlanış mərasimi keçirilib1-10-2021, 19:15 |
![]() Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Şamaxı DAİM-də kənd təsərrüfatı texnikalarına baxış keçiriblər. Tədbiri açan “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramının layihə rəhbəri Yuliya Bajenova proqramın əsas məqsədinin özəl sektorun inkişafına dəstək olduğunu qeyd edib. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzlu üzümçülük sahəsinin inkişafı ilə bağlı həyata keçirilən bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. ![]() ![]() ![]() ![]() ![]() Üzümçü fermerlər Rahil Hüseynov və Qurban Kərəmov 2020-2021-ci təsərrüfat ilində aqroməsləhət xidməti və təqdim edilən müasir texnikalardan istifadə etməklə məhsuldarlığın artdığını, əlavə xərclərin xeyli azaldığını bildiriblər. Həmçinin ətraf mühitin qorunması baxımından səmərəli bitki mühafizə tədbirlərinin tətbiqini yüksək qiymətləndirdiklərini ifadə ediblər. Tədbirin sonunda üzümçülüyün inkişafı ilə bağlı müzakirələr aparılıb və fermerlərin sualları cavablandırılıb. Şəffaflıq.az Geri qayıt |