Əsas Səhifə > Mədəniyyət > Sabah Bakıda kitab sərgisi açılacaq

Sabah Bakıda kitab sərgisi açılacaq


30-09-2021, 13:17
Sabahdan Milli Kitab Satış Sərgisi başlayır.
Şəffaflıq.az xəbər verir ki, sərgi Bakı İdman Sarayında açılacaq.
Sərginin fəxri qonağı yazıçı, tərcüməçi və tarixçi, 80-ə yaxın kitabın müəllifi Əlisa Hüseynov (Əlisa Nicat) olacaq.
Qeyd edək ki, tədbir çərçivəsində yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, musiqili proqramlar keçiriləcək.
Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı müzakirə panelləri təşkil olunacaq. Kitabların 30 faiz endirimlə satılacağı satış-sərgi Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil bir yarmarkadır. Bukinistlər, fərdi kitab satıcıları, evində artıq kitabı olan insanlar kitablarını, rəssamlar və musiqiçilər isə öz əsərlərini sərgidə sata bilərlər.
Milli Kitab Satış Sərgisinin gələcəkdə digər bölgələrdə keçirilməsi də nəzərdə tutulur.
Oktyabrın 10-na qədər davam edəcək sərgiyə giriş sərbəstdir.

Geri qayıt