Əsas Səhifə > Hadisə > Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb


29-09-2021, 23:31
 Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Şəffaflıq.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Əliyev Asif Abbas oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, A.Əliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt